"Leyptsiq" yeni baş məşqçisinin adını açıqladı

13:31 29 Aprel 2021

"Leyptsiq" yeni baş məşqçisinin adını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisini bu mövsüm başa çatdıqdan sonra "Zalsburq"un (Avstriya) baş məşqçisi Cessi Marş çalışdıracaq. Amerikalı mütəxəssislə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. O, iyulda "Bavariya"ya keçəcək Yulian Naqelsmannı əvəzləyəcək.

 

Qeyd edək ki, Marş 2019-cu ildən "Zalsburq"da işləyir. 47 yaşlı mütəxəssis bundan əvvəl "Leyptsiq"də baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.


Digər xəbərlər

Xəbər xətti