UEFA Avroliqanın finalına azarkeşlər buraxa bilər

14:02 29 Aprel 2021

UEFA Avropa Liqasının final matçına azarkeşlərin buraxılması variantını  nəzərdən keçirir.

 

Sportarena.az xəbər verir ki, həlledici görüşün oynanılacağı Polşanın Qdansk şəhərindəki "Enerqa Qdansk" stadionunun tutumunun təqribən 25 faizi miqdarında, yəni 10 min azarkeş finala buraxıla bilər.

 

Qeyd edək ki, Avropa Liqasının finalında "Mançester "Yunayted - "Roma" və "Vilyarreal" - "Arsenal" cütlərinin qalibləri iştirak edəcək.

 

Xatırladaq ki, həlledici qarşılaşma mayın 26-ı keçiriləcək.


Xəbər xətti