"Zirə" - "Keşlə" oyununda insident

22:08 29 Aprel 2021

Azərbaycan kubokunun yarımfinal mərhələsində hazırda keçirilən "Zirə" - "Keşlə" cavab oyununda insident yaşanıb.

 

Sportarena.az xəbər verir ki, görüşün 88-ci dəqiqəsində qonaqların futbolçusu Anatole Abanq  meydan sahiblərinin cərimə meydançasında yerə yıxılıb. Matçın baş hakimi Elçin Məsiyev "Zirə"nin futbolçusu Lazar Corceviçin Abanqı yıxmasını əsas gətirərək ona qırmızı vərəqə göstərib. "Zirə"nin qapısına isə 11 metrlik cərimə zərbəsi təyin edilib.

 

Buna sərt şəkildə etiraz edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov meydana daxil olub və baş hakimlə mübahisə edib. Nəticədə Rəşad Sadıqov və köməkçisi Eltun Yaqublu da qırmızı vərəqə ilə cəzalandırılıb.

 

Penaltini Sezar Meza Kolli dəqiq yerinə yetirərərək hesabı 2:1 "Keşlə"nin xeyrinə edib.  


Xəbər xətti