Azərbaycan kubokunun final görüşünün məkanı dəqiqləşdi

13:07 30 Aprel 2021

Azərbaycan kubokunun final görüşünün məkanı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, “Sumqayıt”  və “Keşlə” arasında baş tutacaq həlledici oyun Masazırda keçiriləcək. Qarşılaşma mayın 24-də “Bank Respublika” stadionunda baş tutacaq.

 

Qeyd edək ki, “Sumqayıt” yarımfinalda “Qarabağ”ı, “Keşlə” isə “Zirə”ni mübarizədən kənarlaşdırıb.


Xəbər xətti