Voleybol yığmamız Gürcüstana yola düşdü

10:00 5 May 2021

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstana yola düşüb.

 

Sportarena.az xəbər verir ki, F qrupunda ev sahibləri, Monteneqro, Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq millimiz ilk matçını mayın 7-də Monteneqroya qarşı keçirəcək.

 

Bir müddət öncə koronavirusa yoluxan millimizin baş məşqçisi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə təsnifat mərhələsinə komandamızla yollanmayıb. Yığmamızı çempionatın oyunlarına baş məşqçi kimi Pərviz Səmədov çıxaracaq. Ona Dilqəm Qəhrəmanovla Akif Vəliyev kömək edəcək.

 

Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək oyunçular isə bunlardır: Abdullayev Emil, Ağabəyov Ramazan, Ağazadə Aqil, Əliyev Ruslan, Alişanov Elmin, Allahverdiyev Kənan, Baranov Dimitri, Dünyamalıyev Sənan, Həsənli Tural, Nikulenko Yeqor, Rzazadə Mirəşrəf, Vasilenko Andrey, Qurskiy Roman.

 

AÇ-2021-in seçmə mərhələsi

F qrupu

1-ci dövrə

 

1-ci tur, 7 may

Azərbaycan – Monteneqro

Gürcüstan – Yunanıstan

 

2-ci tur, 8 may

Monteneqro – Yunanıstan

Azərbaycan – Gürcüstan

 

3-cü tur, 9 may

Yunanıstan – Azərbaycan

Monteneqro - Gürcüstan

 

2-ci dövrə

 

4-cü tur, 14 may

Gürcüstan – Yunanıstan

Monteneqro - Azərbaycan

 

5-ci tur, 15 may

Yunanıstan – Azərbaycan

Gürcüstan - Monteneqro

 

6-cı tur, 16 may

Azərbaycan – Gürcüstan

Yunanıstan - Monteneqro 


Xəbər xətti