Türkiyə - Azərbaycan matçının başlama saatı bəlli oldu

13:58 5 May 2021

Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv "ay-ulduzlular"la qarşılaşmadan sonra - iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişinyovda Moldova yığması ilə üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti