"Mançester Yunayted" - "Liverpul" oyununun vaxtı məlum olub

13:15 6 May 2021

İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınan "Mançester Yunayted" - "Liverpul" matçının vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, görüş mayın 13-ü keçiriləcək və Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

 

Xatırladaq ki, mayın 2-i keçirilməli olan sözügedən qarşılaşma "MY" azarkeşlərinin kluba etiraz əlaməti olaraq stadiona daxil olması səbəbindən qeyri-müəyyən vaxta təxirə salınmışdı.


Digər xəbərlər

Xəbər xətti