Hazard "Real" azarkeşlərini qəzəbləndirdi

13:44 6 May 2021

"Real"ın futbolçusu Eden Hazard Çempionlar Liqasının yarımfinalında "Çelsi"yə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra etdiyi hərəkətə görə tənqid olunub.

 

Sportarena.az xəbər verir ki, belçikalı hücumçu final fitindən sonra London klubundakı sabiq komanda yoldaşları ilə söhbət edib. Hazard onlarla gülüb və zarafat edib. Həmin anlar televiziyada yayımlanıb.

 

Qeyd edək ki, Hazard 2019-cu ilin yayında "Çelsi"dən "Real"a transfer olunub.


Digər xəbərlər

Xəbər xətti