"Xocalı" futbol klubu azyaşlılara enerji içkisi içirdir - FOTOLAR

14:05 7 May 2021

"Xocalı” futbol klubu tənqid hədəfinə çevirilib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb klubun sosial şəbəkə hesabında paylaşdığı fotolar olub. Belə ki, görüntülərdə azyaşlı futbolçulara enerji içkisi verildiyi aydın görünür.

 

Klubun rəsmi səhifəsində azyaşlı idmançıların görüntülərinim paylaşılaraq "Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir” yazılması izləyicilərin hiddətinə səbəb olub.

 

Qeyd edək ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağandır. 



Digər xəbərlər

Xəbər xətti