David Vilya Hindistan klubunda

15:39 7 May 2021

İspaniya millisinin keçmiş üzvü David Vilyanın yeni iş yeri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı veteran hücumçu Hindistanda çalışacaq. O, "Odişa" klubunda Qlobal Futbol Əməliyyatları şöbəsinə rəhbərlik edəcək.

 

David Vilya "Valensiya", "Barselona", "Atletiko" kimi klublarda çıxış edib, İspaniya millisi ilə dünya və Avropa çempionu olub. 


Digər xəbərlər

Xəbər xətti