“Barselona” Neymar üçün danışıqlara başlayır

16:00 7 May 2021

İspaniyanın “Barselona” klubu PSJ-nin futbolçusu Neymarı heyətinə qatmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi yayda braziliyalı hücumçu üçün Fransa klubu ilə danışıqlara başlayacaq. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın Neymar üçün PSJ-yə 100 milyon avro ödəməyə hazır olduğu bildirilib.

 

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib. 29 yaşlı hücumçu 2017-ci ilin yayında 222 milyon avro qarşılığında PSJ-yə keçib. 


Xəbər xətti