"Qarabağ" Portuqaliyada oynayan futbolçu ilə maraqlanır

15:01 8 May 2021

“Qarabağ” portuqaliyalı futbolçu transfer edə bilər.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı pleymeyker Felipe Ryan Ağdam təmsilçisinin maraq dairəsinə düşüb. Hazırda Portuqaliyanın "Alverka" klubunun formasını geyinən futbolçu yarımmüdafiənin həm sağ, həm sol, həm də mərkəzində çıxış edə bilir. Bu mövsüm komandasının heyətində 23 oyuna çıxıb və 10 qol vurub.

 

180 sm boyu olan futbolçu iyunda azad agent olacaq.


Digər xəbərlər

Xəbər xətti