Burak Yılmaz mövsümün futbolçusu seçilə bilər

10:55 12 May 2021

"Lill"in və Türkiyə millisinin futbolçusu Burak Yılmaz Liqa-1 də mövsüm futbolçusu seçilə bilər.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu "Kanal+"un təşkil etdiyi səsvermədə namizəd olaraq yer alıb.  Yılmazın rəqibləri arasında PSJ-dən Neymar və Kilian Mbappe, "Lion"dan Memfis Depay və "Monako"dan Uissam ben Yedder var. Burak cari mövsüm Liqa 1-də 26 matçda 15 qol vurub və 5 qolun ötürməsini verib.

 

Qeyd edək ki, Burak Yılmaz ötən ildən "Lill"də çıxış edir. O, 2006-cı ildən Türkiyə millisinin üzvüdür. 


Digər xəbərlər

Xəbər xətti