"Dinamo" klubu Ukrayna kubokunun qalibi olub

15:10 14 May 2021

Ukrayna kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.
 

Sportarena.az xəbər verir ki, finalda Kiyev “Dinamo”su ilə “Zarya” komandaları qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 98-ci dəqiqədə Viktor Tsiqankovun qolu ilə hesabı açan “Dinamo” 1:0 hesablı qələbə qzanaraq Ukrayna kubokunun sahibi olub.
 

Qeyd edək ki, Ukrayna Premyer Liqasının da qalibi olan Mirça Luçeskunun çalışdırdığı Kiyev “Dinamo”su bununla “qızıl dubl”a imza atıb. Paytaxt təmsilçisi tarixində 13-cü dəfə Ukrayna kubokunun qalibi olub. Bununla da kiyevlilər eyni sayda kubok qazanmış “Şaxtyor”a (Donetsk) çatıblar. 


Digər xəbərlər

Xəbər xətti