Premyer Liqanın qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək

13:59 18 May 2021

Sabah Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, son turun “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşündən sonra təşkil olunacaq mərasimdə gümüş və bürünc mükafatçılara medallar, çempion komandaya isə medallar və kubok təqdim olunacaq.

 

“Neftçi” – “Qarabağ” matçı saat 20:30-da start götürəcək. Premyer Liqada “Qarabağ” 57 xalla liderdir, “Neftçi” isə 56 xalla 2-ci sıradadır. 


Digər xəbərlər

Xəbər xətti