AFFA "Sumqayıt" və "Zirə"nin şikayətinə baxdı

15:00 18 May 2021

AFFA Apellyasiya Arbitraj Tribunalının "Sumqayıt" və "Zirə" klubu ilə bağlı qərarları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun saytına yaydığı açıqlamada bildirilib. Qərarlara əsasən, “Sumqayıt” Futbol Klubunun apellyasiya şikayəti qismən təmin edilib. AFFA İntizam Komitəsinin mayın 5-də etdiyi qərarla Camaləddin Xocaniyazova verilən 4 oyun kənarlaşdırılma cəzası və kluba tətbiq edilən 3200 manat cərimə müvafiq olaraq 2 oyun kənarlaşdırılma cəzası və 1600 manat cərimə ilə əvəzlənib.
 

“Zirə”nin apellyasiya şikayəti isə təmin edilməyib. AFFA İntizam Komitəsinin mayın 5-də “Zirə” Futbol Klubu və məşqçisi Eltun Yaqublu barədə verdiyi 10 oyunluq cəza qərarı qüvvədə saxlanılıb. 


Digər xəbərlər

Xəbər xətti