“Sumqayıt”ın “Səbail”lə 14-cü görüşü

17:14 18 May 2021

“Sumqayıt” Azərbaycan Premyer Liqasının sonuncu turunda “Səbail"lə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, bu komandalar indiyə qədər ümumilikdə 13 dəfə üz-üzə gəlib.

 

İlk qarşılaşmada rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edən “Sumqayıt” bu görüşlərdə 6 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə isə məğlub olub. 13 görüşdə qeydə alınan ümumi top fərqi 14:12 "Sumqayıt"ın xeyrinədir.

 

Sumqayıtlıların "Səbail"lə keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçu 3 qolla Amil Yunanovdur. Onu 2 qolla Əli Qurbani izləyir.


Xəbər xətti