Qurban Qurbanov təsdiqlədi: Mahir Emreli “Qarabağ”dan gedir

00:36 20 May 2021

"Qarabağ"ın futbolçusu Mahir Emrelinin Ağdam klubundan ayrılacağı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın sonuncu - 28-ci turunun “Neftçi” ilə görüşündən (0:1) sonra deyib.
 

O, millimizin hücumçusunun komandanı tərk edəcəyini təsdiqləyib: “Mahir Emreli gedir. Əlimizdə olanları qoruyub saxlamağa çalışacağıq. Ondan sonra yeni transfer məsələsinə baxacağıq”.

 

Q.Qurbanov Mahirin Varşava “Legiya”sına keçəcəyinin gözlənildiyini bildirib. 


Xəbər xətti