Fransa kubokunu yenə PSJ qazandı

04:51 20 May 2021

Futbol üzrə Fransa kubokunda 2020/21 mövsümünün qalibi müəyyənləşib.

 

Həlledici oyunda PSJ ilə “Monako” komandaları üz-üzə gəlib. Paris təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Mauro İkardi 19-cu dəqiqədə hesabı açıbsa, ilk qolun ötürməsini verən Kilian Mbappe 81-ci dəqiqədə oyunda son nöqtəni qoyub.

 

Beləliklə, PSJ ardıcıl ikinci, bütövlükdə isə 14-cü dəfə Fransa kubokunun qalibi olub. Bu baxımdan parislilər rekordçudurlar. İkinci yerdə 10 dəfə kuboku qazanmış Marsel “Olimpik”i qərarlaşıb. 5-ci dəfə finalda uduzan “Monako” isə bir o qədər həlledici oyundan da qalib ayrılıb. 


Digər xəbərlər

Xəbər xətti