"Neftçi" çempionluq kubokunu şəhid azarkeşlərinin məzarına apardı

05:20 20 May 2021

Premyer Liqada mövsümün son turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olan "Neftçi" 2-ci Fəxri Xiyabanı ziyarət edib. 

 

Paytaxt təmsilçisi matçdan sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini yad etmək üçün bu addımı atıb. Çempionluq kubokunu da özü ilə aparan "Neftçi" həm də şəhid olan azarkeşləri - mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar. 


Xəbər xətti