Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

12:00 21 May 2021

Almaniyanın Hennef şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplantısı keçirilir.

 

Sportarena.az xəbər verir ki, toplantıda Avropanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin də üzvləri iştirak edirlər.Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Almaniya, İtaliya, Belçika, Avstriya, Çexiya, Serbiya və digər ölkələrin yığmaları qatılıb.

 

Hennef toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Olimpiya Oyunlarına hazırlaşırlar. 


Digər xəbərlər

Xəbər xətti