Bakının mərkəzi küçələri "Formula 1"ə görə bir həftə bağlanacaq

15:33 21 May 2021

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.

 

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib. O bildirib ki, hələlik yollar tam bağlanmayıb: "Hər il olduğu kimi yolların bir həftə bağlı olacağı gözlənilir".

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti