Mahir Emreliyə 3 illik müqavilə, 450 min avro maaş

15:49 21 May 2021

“Qarabağ”la müqaviləsi başa çatan Mahir Emreli karyerasını Polşanın “Legiya” klubunda davam etdirəcək.

 

Sportarena.az xəbər ki, 23 yaşlı hücumçu Varşava təmsilçisi 3 illik razılığa gəlib. Onun illik maaşı 450 min avro olacaq.

 

Mahir başa çatan mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 18 qol vurub, 4 məhsuldar ötürmə edib. 


Digər xəbərlər

Xəbər xətti