Honda Portuqaliya klubuna keçir

15:02 23 May 2021

"Neftçi"nin futbolçusu Keysuke Honda karyerasını Portuqaliyada davam etdirə bilər.

 

Yaponiyalı yarımmüdafiəçi yeni mövsümdə Premyer Liqa təmsilçisi "Portinmonense"də oynayacaq. 34 yaşlı futbolçu "Neftçi"yə keçməmişdən əvvəl fevralda bu klubdan təklif alıb. Lakin Portuqaliyada transfer qaydalarına uyğun gəlmədiyi üçün bu keçid alınmamışdı.

 

Honda martın 15-i "Neftçi" ilə bu mövsümün sonuna kimi müqavilə imzalamışdı. Onun "ağ-qaralar"dan ayrılacağı dəqiqləşib.


Digər xəbərlər

Xəbər xətti