"Qarabağ" Maksim Medvedevlə müqaviləni uzatdı

12:05 25 May 2021

"Qarabağ" kapitanı Maksim Medvedevlə müqaviləni uzadıb.
 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2 illik nəzərdə tutulub.
 

Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan 31 yaşlı müdafiəçi Ağdam klubunun heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. 


Digər xəbərlər

Xəbər xətti