"Sevilya" qapıçısını yola saldı

14:01 25 May 2021

"Sevilya" qapıçısı Tomaş Vaçliklə yollarını ayırıb.
 

Sportarena.az xəbər verir ki, qolkiper komandanın əsas qapıçısı olmaq istədiyi üçün klubun yeni müqavilə təklifini qəbul etməyib. Baş məşqçi Xulen Lopoteqi əsas qapıçı kimi Yassin Bununu görür.


Qeyd edək ki,  Vaçlik 2018-ci ildən "Sevilya"da oynayır. O, bu mövsüm La Liqada 5 matç keçirib. 


Xəbər xətti