"Qarabağ" Bədavi Hüseynovu da saxladı

14:28 25 May 2021

“Qarabağ” Bədavi Hüseynov ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir, müdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildir.

 

Qeyd edək ki, Bədavi Hüseynov “Qarabağ” FK-nın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
 

Xatırladaq ki, Ağdam təmsilçisi bu gün kapitanı Maksim Medvedevlə də 2 illik müqavilə imzalayıb. 


Xəbər xətti