"Qarabağ" Elvin Cəfərquliyevlə yeni müqavilə imzaladı

14:42 26 May 2021

“Qarabağ” futbolçusu Elvin Cəfərquliyevin müqaviləsini uzadıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir. Elvin Cəfərquliyev bu mövsüm "Qarabağ"da keçirdiyi 32 oyunda 4 məhsuldar ötürmə verib.


Xatırladaq ki, Ağdam klubu kapitan Maksim Medvedev və digər müdafiəçi Bədavi Hüseynovla da müqaviləni yeniləyib. 


Digər xəbərlər

Xəbər xətti