"Çelsi" Tomas Tuhellə yeni müqavilə imzalayır

00:27 31 May 2021

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel yaxın zamanda klubla yeni müqavilə imzalayacaq.

 

Sportarena.az xəbər verir ki, 47 yaşlı  mütəxəssis London klubunun rəhbərliyi ilə görüşəcək. Alman çalışdırıcı ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılacaq və daha bir il daha uzadılması variantı olacaq.

 

Qeyd edək ki, Tuhel yanvardan "Çelsi"ni çalışdırır. Onun rəhbərliyi altında komanda dünən Çempionlar Liqasının finalında "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. 


Xəbər xətti