Serxio Aquero “Mançester Siti” ilə yollarını ayırdı

12:52 31 May 2021

“Mançester Siti” ilə yollarını ayıran Serxio Aquero “şəhərlilər”lə vidalaşıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə argentinalı hücumçu “instagram” hesabında paylaşım edib:

 

“Komandam və uzun illər bu klubun şərəfini qoruduğum üçün qürurluyam. “Mançester Siti” əbədi olaraq ürəyimdə qalacaq”.

 

2011-ci ildən “Mançester Siti”də çıxış edən Aquero “şəhərlilər”lə 5 dəfə Premyer Liqanın qalibi olub.

 

Aqueronun yaxın zamanda “Barselona” ilə müqavilə imzalayacağı gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti