"Neftçi"nin forvardı komandanı tərk edə bilər - SON DURUM

14:25 31 May 2021

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov iş yerini dəyişə bilər.

 

Baş məşqçi Samir Abasovun ehtiyat forvard gözüylə baxdığı Mirabdullanın xidmətində üç Premyer Liqa təmsilçisi maraqlıdır.

 

Onu heyətə qatmağı hədəfləyənlər arasında "Sabah" da var ki, məhz bu klub sözügedən forvarda "Neftçi"də aldığından daha çox əməkhaqqı verməyə hazırdır. "Neftçi" isə indilik Mirabdulla ilə vidalaşmağa tələsmir. Hər şey iki ödənişli ön xətt oyunçusu ilə maraqlanan "ağ-qaralar"ın iyundakı transfer fəaliyyətindən asılı olacaq. (fanat.az) 


Xəbər xətti