“Neftçi” legioner futbolçusu ilə razılığa gəldi

16:34 31 May 2021

“Neftçi” daha bir futbolçusu ilə növbəti mövsüm üçün razılığa gəlib.

 

Paytaxt klubunun müdafiəçisi Mamadu Mbodj yeni mövsümdə də “ağ-qaralar”da çıxış edəcək.

 

Bununla bağlı seneqallı müdafiəçi “instagram” hesabında paylaşım edib. O, Azərbaycan Premyer Liqasında qalib olaraq qazandıqları kubokla şəklini paylaşıb və “davam edirik” deyə, qeyd edib.

 

Mamadu Mbodj 2019-cu ildən “Neftçi”də çıxış edir. Onun klubla müqaviləsi iyunun sonuna qədərdir.

 

“Neftçi” bundan əvvəl digər müdafiəçi Ömər Buludovla müqaviləni yeniləmişdi. 


Digər xəbərlər

Xəbər xətti