"Neftçi"də yeni müqavilə

11:00 1 İyun 2021

“Neftçi” yetirməsi Fəhmin Muradbəyli ilə müqavilənin müddətini uzadıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, yarımmüdafiəçisi 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.25 yaşlı futbolçu 2013-2017, 2020-2021-ci illər ərzində “Neftçi”nin heyətində 85 rəsmi oyunda meydana çıxıb, 6 qola imza atıb.

 

Xatırladaq ki, “Neftçi” bundan əvvəl digər yetirməsi Ömər Buludovla yeni müqavilə bağlamışdı. 


Digər xəbərlər

Xəbər xətti