Millimizin daha bir futbolçusu Polşa klubunun hədəfində

13:26 1 İyun 2021

“Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Anton Krivotsyuk karyerasını Polşada davam etdirə bilər.

 

“Visla” klubu 22 yaşlı müdafiəçi ilə maraqlanır. Plotsk təmsilçisi “Neftçi” ilə müqaviləsi iyunun sonuna qədər olan Antonu azad agent kimi heyətinə qatmaq niyyətindədir.

 

Azərbaycan milli komandasının da üzvü olan Anton Krivotsyuk 2017-ci ildən “Neftçi”də çıxış edir. 


Digər xəbərlər

Xəbər xətti