AVRO-2020: Azərbaycana gələcək azarkeşlər karantinə alınmayacaq

12:19 2 İyun 2021

Avro-2020-nin Bakıda keçiriləcək oyunları üçün Azərbaycana gələcək azarkeşlər karantinə alınmayacaqlar.

 

Bu barədə Uels mətbuatı məlumat yayıb. Xəbərdə bildirilib ki, bununla bağlı AFFA-dan məlumat verilib. Pandemiyaya baxmayaraq, komandalarını dəstəkləmək üçün Bakıya gələcək azarkeşlrər karantin problemi ilə üzləşməyəcəklər. O da qeyd olunub ki, azarkeşlər vizaları Bakıya çatarkən hava limanında əldə edəcək. Yaxud da onlar vizanı onlayn şəkildə alacaqlar.

 

Paytaxtımıza gələn qonaqlar ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün isə əlavə testə ehtiyac olmayacaq.

 

Xatırladaq ki, Avro-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 


Xəbər xətti