3 klub Çempionlar Liqasından kənarlaşdırıla bilər

Sportarena.az      2 İyun 2021 , 14:04

UEFA "Barselona”, "Real” və "Yuventus”un bu həftə Çempionlar Liqasından uzaqlaşdırması barədə qərar verəcək.

 

Sportarena.az xəbər verir ki, bu haqda İtaliyanın "la Repubblica” nəşri məlumat yayıb. Buna hər üç klubun Avropa Super Liqasını yaratmasında fəal iştirakı səbəb olub.

 

Adları çəkilən klublar hələ də Super Liqadan çəkildiklərini açıqlamayıblar.

 

Daha əvvəl Super Liqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina ediblər. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Super Liqada qaldıqlarını açıqlayıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin