Vaqif Cavadov Avropa çempionatı tarixinə düşdü

13:13 3 İyun 2021

Beynəlxalq Futbol Tarixi və Statistikaları Mərkəzi (İFFHS) Avropa çempionatında və seçmə mərhələlərində iştirak edən ən gənc futbolçuların siyahısını tərtib edib.

 

Cədvəldə Azərbaycan millisinin oyunçusu Vaqif Cavadov da yer alıb. Sıralamanın 9-cu pilləsində qərarlaşan futbolçu yığmada debütünü 2006-cı il sentyabrın 2-də 17 yaş 100 günlüyündə olarkən Serbiyaya qarşı matçda (0:1) edib.

 

Siyahıya Norveç millisinin futbolçusu Martin Edeqor başçılıq edir. O, 15 yaş 300 günlüyündə Bolqarıstanla görüşdə meydana daxil olmaqla yığmada ilk oyununu keçirib. Həmçinin cədvəldə məşhur futbolçulardan Qaret Beyl və Romelu Lukaku da yer alıb. 


Digər xəbərlər

Xəbər xətti