“Səbail” daha bir legioneri ilə vidalaşdı

12:14 8 İyun 2021

“Səbail” müdafiəçisi Ali Sisey ilə yollarını ayırıb.

 

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi 27 yaşlı futbolçu ilə müddəti başa çatan müqaviləni yeniləməməyə qərar verib.

 

Qeyd edək ki, bu ilin yanvarından paytaxt təmsilçisinin formasını geyinən Ali Sisey 16 oyunda meydana çıxıb. Syerra Leonedən olan oyunçu daha əvvəl “Zirə”nin uğurları üçün çalışırdı. 


Xəbər xətti