"Neftçi" Mirabdulla ilə müqaviləni uzatdı

16:45 8 İyun 2021

“Neftçi”  yetirməsi Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 26 yaşlı hücumçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.

 

Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb, 20 qola imza atıb.

 

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlamışdı. 


Xəbər xətti