Cüdoçumuz Hidayət Heydərov medalsız qalıb

02:02 9 İyun 2021

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir.

 

Azərbaycan cüdoçusu Hidayət Heydərov turnirdə bürünc medal görüşünə çıxıb. 73 kq çəki dərəcəsində yarışan idmançımızın rəqibi yaponiyalı dördqat dünya çempionu Soiçi Haşimoto olub. Qarşılaşmadan məğlubiyyətlə ayrılan Heydərov çempionatı 5-ci pillədə başa vurub.

 

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti