Rəşad Sadıqovdan Mahir Emreliyə dəstək

13:22 9 İyun 2021

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Polşanın"Legiya" klubuna keçən Mahir Emreliyə dəstək olub.
 

Bu barədə şəxsi İnstaqram hesabından paylaşım edən "Qarabağ"ın və millimizin keçmiş kapitanı sabiq komanda yoldaşının Azərbaycanı layiqincə təmsil edəcəyinə inandığını yazıb: “Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən".
 

24 yaşlı hücumçu isə Rəşad Sadıqovun paylaşımına cavab olaraq İnstaqram hesabında bunları yazıb:  "Buralara gəlib çıxmağımda ən önəmli rolu olan insanlardan biri, kapitanım, hər şeyə görə çox sağ ol".
 

Xatırladaq ki, Mahir Emreli "Legiya" ilə 3 illik müqavilə imzalayıb. 


Xəbər xətti