“Qardaş ölkənin paytaxtında oynayacağıq” – TFF prezidenti

10:11 10 İyun 2021

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir milli komandanın AÇ-2020-nin qrup mərhələsindəki oyunlarından danışıb.

 

O, Bakıda baş tutacaq görüşlərə də toxunub:

 

“Güclü qrupda yer almışıq. İtaliya ev sahibidir, ilk oyunumuzu da orada keçirəcəyik. Daha sonra mübarizəni Bakıda davam etdirəcəyik. Qardaş ölkəmiz Azərbaycanın paytaxtı Bakıda Uels və İsveçrə ilə oynayacağıq. Hədəfimiz qrupdan çıxmaqdır. İtaliya həqiqətən qrupun yox, Avropa çempionatının ən güclü komandalarından biridir. Millimiz Şenol Günəşin rəhbərliyi ilə hazırlıq prosesini tamamladı. Əvvəl qardaş Azərbaycanla oynadıq, ardınca isə Qvineya və son olaraq Moldova ilə üz-üzə gəldik. İtaliya paytaxtında hazırlıq iki gün davam edəcək. Cümə günü isə oyunumuz olacaq”.

 

Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. “Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda iyunun 16-da Uelslə, iyunun 20-də isə İsveçrə ilə üz-üzə gələcək. 


Xəbər xətti