“Sumqayıt”ın futbolçusu əməliyyat olundu

00:57 11 İyun 2021

“Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov uğurlu əməliyyat keçirib.

 

Bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Türkiyənin İstanbul şəhərində əməliyyat olunan futbolçu 1 həftədən sonra məşqlərə başlaya biləcək.

 

Qeyd edək ki, Tellur Mütəllimov ötən mövsüm 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. Mütəllimov həmin matçlarda 3 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub.  


Xəbər xətti