"Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzaladı

01:26 11 İyun 2021

“Sumqayıt” FK kapitan Vurğun Hüseynovun ardınca daha bir futbolçu ilə müqaviləni yeniləyib.

 

Yarımmüdafiəçi Murad Xaçayev daha 2 il bu komandanın uğurları üçün çalışacaq. Qeyd edək ki, 2018-ci ildən “Sumqayıt”ın şərəfini qoruyan Murad Xaçayev ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydanda olub. O, 4 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub. 

 

23 yaşlı yarımmüdafiəçi həmçinin Azərbaycanın U-19, U-21 və əsas milli komandalarında da çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti