“Keşlə” Konfrans Liqasına Qəbələdə hazırlaşacaq

12:37 11 İyun 2021

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Keşlə”nin hazırlıq planı müəyyənləşib.

 

Geridə qalan mövsümdə Azərbaycan kubokunun qalibi olan bu komanda iyunun 15-dən etibarən məşqlərə başlayacaq. Sənan Qurbanovun çalışdırdığı komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq komanda, iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda üzvləri tibbi-müayinədən keçəcəklər. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır. 

 

1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə komanda Qəbələdə 5, 10, 14 iyul tarixlərində üç yoxlama matçı keçirməyi planlaşdırır. 

 

Yoxlama oyunları üçün bütün rəqiblər barədə ətraflı məlumat veriləcək. 


Xəbər xətti