Cüdoçumuz Elmar Qasımov da medalsız qaldı - YENİLƏNİB

14:03 11 İyun 2021

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

 

Kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb. O, 1/16 finalda İliya Sulamanidzeyə (Gürcüstan) uduzaraq yarışla erkən vidalaşıb. 

 

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir. 


Xəbər xətti