Burak Yılmaz tarixə düşdü

14:43 12 İyun 2021

Türkiyə millisinin futbolçusu Burak Yılmaz yeni rekorda imza atıb.

 

O, buna AVRO-2020-nin açılış matçında İtaliya ilə görüşdə iştirak etməklə nail olub. Bununla da 35 yaş 331 günlüyündə olan hücumçu millinin Avropa və dünya çempionatında meydana çıxan ən yaşlı oyunçusu adını qazanıb. İndiyədək ən yüksək göstərici Rüştü Recepə məxsus idi (35 yaş 46 gün).

 

Türkiyə yığması İtaliyaya 0:3 hesabıyla uduzub. 


Xəbər xətti