2 karateçimiz Tokio-2020-dən kənarda qaldı

00:30 13 İyun 2021

Fransanın paytaxtı Parisdə keçirilən karate üzrə Olimpiya təsnifat turniri davam edir.
 

Dünən Azərbaycanın 2 təmsilçisi yarışda qüvvəsini sınayıb. Kişilərin mübarizəsində kata növündə Roman Heydərov, qadınlardan isə kumite üzrə Fəridə Abiyeva (61 kq) yarışıb. 6 nəfərlik qrupda 1-ci, 8 nəfərlik qruplarda isə 3 və 5-ci yerləri tutan Heydərov mübarizəni dayandırıb və lisenziya şansını itirib.

 

Abiyeva isə ilk görüşündə Jaklin Faktosa (Ekvador) 3:1 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada almaniyalı Anna Miqqounun müqavimətini qıra bilməyib. Nəticədə o da lisenziyasız qalıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 karateçisi - Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb. 


Digər xəbərlər

Xəbər xətti