"Sumqayıt" daha bir futbolçunu heyətə qatdı

00:25 15 İyun 2021

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Yusif Nəbiyevin ardınca daha bir futbolçunu heyətinə cəlb edib.
 

"Kimyaçılar" son mövsümü “Keşlə”də keçirmiş Xəzər Mahmudovla 2 illik müqavilə imzalayıb. 20 yaşlı yarımmüdafiəçi yeni komandasında “19” nömrəli formada çıxış edəcək.

 

Xatırladaq ki, ötən mövsümü 3-cü pillədə başa vuran "Sumqayıt" ölkəmizi Konfrans Liqasında təmsil edəcək. 


Digər xəbərlər

Xəbər xətti