“Qarabağ” yeni mövsüm üçün hazırlığa başladı

10:43 15 İyun 2021

“Qarabağ” 2021/22 mövsümünün hazırlığına başlayıb.

 

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hələlik tam heyətlə hazırlaşa bilmir. Belə ki, milli komandaya dəvət almış futbolçular toplanışa qarşıdakı günlərdə qoşulacaq. Çünki onlara əlavə istirahət verilib.

 

Qeyd edək ki, geridə qalan mövsümdə Premyer Liqanı ikinci pillədə başa vuran “Qarabağ” Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. 


Digər xəbərlər

Xəbər xətti